İQTİSADİYYAT


Müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl Kanal” gömrük nəzarəti zonasından keçərkən “Qırmızı Kanal”a yönləndirilib.

Vətəndaşa məxsus yüklər rentgen aparatından keçirilən zaman monitorda dərman preparatlarının təsvirləri müşahidə edilib. Bu səbəbdən də vətəndaş təkrar baxış üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus göy rəngli əl çantasının içərisində əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və kağız üzərində yazılı bəyan edilməyən 86 qutu və 60 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.