İQTİSADİYYAT


Müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

“AccessBank” Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, sahibkar düşüncə tərzini təşviq etmək, peşələrini gələcəkdə biznesə çevirməyə dəstək olmaq və strateji yol xəritələrinin müəyyənləşdirilməsinə kömək etməkdir. Bu məqsədlə “AccessBank”ın treninq mərkəzində müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib.

Təlim çərçivəsində bankın marketinq üzrə baş mütəxəssisi Tofiq Ağayev və PR menecer İlkin Əhmədov tələbələrə biznes planın tərtib olunması barədə söz açıb. “AccessBank”ın korporativ bankçılıq və marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib.

Sonra tələbələr qruplara bölünərək təlimdə əldə etdiyi biliklər əsasında biznes plan tərtib edib və təlimçilərlə birgə müzakirələr aparıb.

Qeyd edək ki, layihənin müəllifi AQSİA-nın regionlarda işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.