İQTİSADİYYAT


Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub

Bakı, 18 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft sektorunda 3 min 160,9 manat, qeyri-neft sektorunda 481,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 425,4 manat, özəl müəssisələrdə isə 699,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.