İQTİSADİYYAT
Muzdla çalışan işçilәrin orta aylıq әmәkhaqqı artıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 20,5 faiz artaraq 710,2 manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manatdır. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]