İQTİSADİYYAT
Muzdla çalışan işçilərin sayı 1,6 milyon nəfəri keçib
Bakı, 18 may, AZƏRTAC
Aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 911,7 mini iqtisadiyyatın dövlət sektorunda, 734,4 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]
Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir
- 24.04.2024 [11:01]
“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
- 24.04.2024 [10:27]