İQTİSADİYYAT
Muzdla işləyənlərin 7 faizi tikintidə çalışmışdır
Bakı, 14 may (AZƏRTAC). Bu ilin aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 510,4 min nəfər olmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,7 faizi nəqliyyat vasitələrinin təmiri sahəsində, 7 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında və iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Cari ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 434,3 manat olmuşdur. İqtisadiyyatın tikinti sektorunda, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]