ELM VƏ TƏHSİL


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müasir tariximizə yeni şanlı səhifələr yazıldı

Bakı, 13 noyabr, AZƏRTAC 

Mikrobiologiya İnstitutunda Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinə həsr olunan onlayn toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası institutun direktor vəzifəsini icra edən Pənah Muradov açaraq Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması münasibətilə xalqımızı təbrik edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir tariximizə yeni şanlı səhifələr yazdı.

Tədbirdə institutun baş elmi işçisi, biologiya elmləri doktoru, professor Nəriman İsmayılov Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından söz açıb, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatla Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb.

İnstitutun laboratoriya müdirləri, biologiya elmləri doktorları Samirə Nəcəfova və Könül Baxşəliyeva Vətən müharibəsində qazanılan Qələbənin uğurlu dövlət siyasəti, müasir tələblərə uyğun ordu quruculuğu və qətiyyətli diplomatik səylər nəticəsində mümkün olduğunu diqqətə çatdırıblar.

Həmçinin qeyd edilib ki, institutun kollektivi müharibə zamanı ordumuza maddi və mənəvi dəstəyi, cəbhə bölgələrinə mütəmadi səfərləri ilə birliyini nümayiş etdirib və dəstəyini bundan sonra da əsirgəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.