MƏDƏNİYYƏT


Muzey Mərkəzində “Kofe rəngi” adlı sərgi açılacaq

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 19-dan 30-dək Muzey Mərkəzində “Kofe rəngi” adlı sərgi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, “Coffee planet” şirkətinin sponsor dəstəyi ilə keçirilən bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən birinci Avropa Oyunlarına həsr edilib.

Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilib. İrina Eldarovanın layihəsi iki hissədən ibarətdir.

Vernisajda, həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaqdır.

Mövzuya özünəməxsus şəkildə yanaşanlar arasında Niyaz Nəcəfov, Nazim Yunusov, Adil Yusifov, İntiqam Ağayev, Elçin Bünyadov, Olqa El, Zöhrab Salamzadə, Nigar Babayeva, Leyla Altunay, Malik Məmmədxanov kukla rəssamları Pərviz Hüseynov, İrinaQundorina, Fərəh Əliyeva, heykəltəraş Zakir Əhmədov tətbiqi sənət ustası, batika üzrə mütəxəssis Tatyana Ağababayeva və bir çoxları vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.