MƏDƏNİYYƏT


Muzey Mərkəzində Mahmud Rüstəmovun fərdi sərgisi açılıb

Bakı, 22 iyun, Xaruqə Məmmədova, AZƏRTAC 

İyunun 21-də Muzey Mərkəzində tanınmış rəssam Mahmud Rüstəmovun “UN/PUBLISHED” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Muzey Mərkəzi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışında Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, sərgidə rəssamın son dövrlərdə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunur. O, bu əsərlərin ilk dəfə təqdim olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamı əsl sənətkar kimi xarakterizə edib.

Qeyd edib ki, onun hər bir əsəri əsl sənətdən xəbər verir. Bu da onun böyük sənətkar olmağından xəbər verir.

Sonda çıxış edən Mahmud Rüstəmov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi iyulun 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.