MƏDƏNİYYƏT


Muzey Mərkəzində “Mənim payızımın çalarları” adlı sərgi açılacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Noyabrın 7-dən 11-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin incəsənət qalereyasında Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi sərgisi açılacaq.

Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş olunacaq.

“Mənim payızımın çalarları” adlı bu sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır. Bu layihə çərçivəsində Milena Nəbiyevanın sənət əsərləri artıq müəllifin şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.