MƏDƏNİYYƏT


Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi Bərpa Şurasının iclası olub

Bakı, 27 yanvar, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi Bərpa Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin rəhbəri Zərifə Məlikovanın sədrliyi ilə gerçəkləşən iclasda “Qrafika və Tətbiqi incəsənət” şöbəsinin işi müzakirə edilib.

Gündəliyə əsasən, Abdulla Şaiqin mənzil muzeyi və Səməd Vurğunun ev-muzeyindən mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.

Sonra Azərbaycan Milli İncəsənət Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.