ELM VƏ TƏHSİL


Muzey əməkdaşının beynəlxalq tədbirlərdə məruzələri maraq doğurub

Bakı, 16 sentyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, dosent Həbibə Əliyeva Türkiyənin Bitlis şəhərinin Ahlat rayonunda və Rumıniyanın Köstəncə şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Ahlat Beynəlxalq Türk Məzar Daşları Simpoziumunda dosent Həbibə Əliyevanın “Azərbaycandakı epitafiyalarda Səlcuqlu sənətinin izləri” mövzusunda məruzəsi dinlənilib. O, Milli Azərbaycan Tarix Muzeyi tərəfindən nəşr etdirilmiş kitabları Bitlis valisi Oktay Çağataya hədiyyə verib.

İştirakçılar Ahlat tarixi məzarlığını və türbələri ziyarət ediblər. Məruzəçilərə təşəkkürnamələr, konfrans materialları və Ahlat mədəniyyətinə aid hədiyyələr təqdim olunub.

Sonra dosent Həbibə Əliyeva Köstəncədə keçirilən “Türkiyə-Rumıniya əlaqələri” mövzusunda beynəlxalq konfransda bölmə moderatoru kimi iştirak edib. Tədbirdə o, “Şirvan memarlıq məktəbinin mədəni mirası və müqəddəs əmanətləri” mövzusunda məruzə söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.