ELM VƏ TƏHSİL


Muzey əməkdaşlarının məqaləsi beynəlxalq topluda

Bakı, 12 iyul, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə “Nuntia vetustatis” elmi məqalələr toplusu nəşr olunub.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, topluda bu müəssisənin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, professor Əli Rəcəbli, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İradə Nəcəfovanın həmmüəllifi olduğu “Milli Azərbaycan Tarixi Muzeyindəki Oktavian Avqust dövrünün sikkə kolleksiyası məsələsinə dair” (rus dilində, Sankt-Peterburq) adlı məqalə dərc edilib.

Tarixçi-antikşünas alim, professor İya Leonidovna Mayakın xatirəsinə həsr edilmiş beş bölmədən ibarət topluda qeyd edilən məqalə “Qədim Roma” bölməsinə daxil olunub. Məqalədə Azərbaycanın müxtəlif məkanlarında (Bərdə, Beyləqan, Qəbələ və s.) aşkarlanmış, hazırda muzeyin Numizmatika fondunda qorunan Oktavian Avqust dönəminə aid sikkələrin numizmatik tədqiqi əsasında Qafqaz Albaniyasının Romanın Şərq vilayətləri ilə ticarət əlaqələri araşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.