ELM VƏ TƏHSİL


Muzeydə Bakının azad olunmasının 100 illiyinə həsr edilən sərgi hazırlanır

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslam Ordusuna və Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilən “Millət Sizə minnətdardır!” adlı sərgi hazırlanır.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgidə Qafqaz İslam Ordusundan və Bakının bolşevik-daşnak işğalından azad olunmasından bəhs edən müxtəlif adda kitablar, jurnallar, qəzetlər və digər materiallar yer alacaq.

Açılış mərasiminin sentyabrın 14-də keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.