ELM VƏ TƏHSİL


Muzeydə İkinci Dünya müharibəsi haqqında kitabın təqdimatı olub

Bakı, 10 may, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə bağlı “Göyçə mahalı İkinci Dünya savaşında: həlak olanlar və itkin düşənlər” adlı kitabın təqdimat mərasimi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə baş direktor akademik Nailə Vəlixanlı, kitabın müəllifi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibov, tarixçi-alim İsmayıl Umudlu, müstəqil tədqiqatçı Araz Yaquboğlu, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Sərdarov, Bakı Neft Emalı Zavodunun mətbu orqanının əməkdaşı Qurban Göyçəli və şair-publisist Qurban Əliyev çıxış ediblər. Çıxışlarda belə tədqiqatların davam etdirilməsinin tarixi və siyasi əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, kitabın yazılması zamanı Rusiya Federasıyasının Müdafiə Nazirliyinin arxiv materiallarından və internet resurslarından istifadə edilib. Kitabda İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanan Göyçə mahalının Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq və Yeni Bayazid rayonları üzrə döyüş cəbhələrində, əsir düşərgələrində və hərbi hospitallarda həlak olmuş və itkin düşmüş azərbaycanlılara aid məlumatlar və arxiv sənədləri yer alıb.

Sonda L.Nəsibov müəllifi olduğu kitabın təqdimat mərasiminə dəstək verdiyi üçün muzey rəhbərliyinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.