ELM VƏ TƏHSİL


Muzeydə “Keçmişə səyahət” kitabının təqdimatı olub

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev Klubu”nun növbəti tədbiri keçirilib.

AZƏRTAC-a bildiriblər ki, tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Mirizadənin “Keçmişə səyahət” (rus dilində) kitabının təqdimatı olub.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək “Keçmişə səyahət” kitabının əhəmiyyətini diqqətə çatdırıb, nəşrin tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıb.

Məlumat verilib ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunmuş kitabda nadir sənədlər, fotoşəkillər və xatirələr toplanıb.

Muzeyin elmi katibi, dosent Fərhad Cabbarov məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edib.

Kitabın müəllifi Səidə Mirizadə nəşr haqqında ətraflı məlumat verib. O, görkəmli xeyriyyəçinin ailəsi, nəslinin davamçıları haqqında danışıb. Jurnalist Nadejda İsmayılova və digər çıxış edənlər təqdim edilən kitabla bağlı fikirlərini bölüşüblər.

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonda müəllifin imzası ilə “Keçmişə səyahət” kitabı iştirakçılara hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.