ELM VƏ TƏHSİL


Muzeydə “Qadın geyim bəzəkləri” sərgisi açılıb VİDEO

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı bu elm müəssisəsində aparılan tədqiqatlardan, qazanılan uğurlardan danışıb.

Sərgi barədə məlumat verən akademik N.Vəlixanlı xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, sərgiyə muzeyin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Burada baş bəzəkləri, düymə, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri və digər eksponatlar nümayiş etdirilir. Ümumilikdə 200-dən çox eksponat təqdim olunur. Eksponatların bəziləri bizim eradan əvvəl XIII-VII əsrlərə, əksər eksponatlar isə XVIII-XX əsrlərə aiddir. Həmçinin burada 20 maneken üzərində XIX əsrdəki tam qadın geyimləri nümayiş etdirilir. Sərgidə nadir eksponatlardan bəziləri XIX əsrin görkəmli şairi Xurşidbanu Natəvanla bağlıdır. Burada ona məxsus geyim və ayaqqabılar da təqdim edilir. Əksər eksponatlar ilk dəfə nümayiş olunur.

Sərginin keçirilməsinin məqsədi ulularımızın yaratdıqları maddi dəyərləri düzgün təbliğ etmək, onları unudulmaq və yad əllərə düşmək təhlükəsindən xilas etmək üçün gənc nəslə, xarici tədqiqatçılara çatdırmaqdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgi 2017-ci il fevralın 1-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.