ELM VƏ TƏHSİL


Muzeydə Vətən müharibəsi şəhidi Adil Əfəndiyevə məxsus əşyalar qorunur

Bakı, 23 oktyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən müharibəsi şəhidi Adil Əfəndiyevə məxsus əşyalar qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Adil Əfəndiyev 1995-ci ildə Qazax rayonunda anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Hərbi həkim ixtisası alan A.Əfəndiyev Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda tibb xidməti rəisi vəzifəsində çalışıb.

Tibb xidməti leytenantı Adil Əfəndiyev Vətən müharibəsi zamanı Xocavənddə yaralanan hərbçilərimizə yerindəcə yardım edib. O, 2020-ci il oktyabrın 21-də Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.