ELM VƏ TƏHSİL


Muzeydə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş vaza qorunur

Bakı, 10 sentyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş ağ büllur, kobalt və süd rəngli şüşədən vaza saxlanılır.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, vazanın üzərində bəstəkarın portreti, “Koroğlu”, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarından səhnələr təsvir olunub.

Vaza Ü.Hacıbəylinin anadan olmasının 70 illiyi münasibətilə 1955-ci ildə hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.