ELM VƏ TƏHSİL


Muzeydə din və fəlsəfə tarixi haqqında XVIII əsrə aid kitab saxlanılır

Bakı, 21 may, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi kitabxanasının Nadir kitablar fondunda fransız tədqiqatçı Klod Pastorun (1756-1840) ruscaya tərcümə olunmuş “Zərdüşt, Konfutsi və Məhəmməd, din yaradıcısı, qanunverici və nəsihətçi kimi müqayisəsi: onların ehkam, qanun və əxlaq qaydalarının birləşdirici cədvəli” kitabı qorunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 1793-cü ildə çapdan çıxmış kitabda Zərdüşt, Konfutsi və Məhəmməd peyğəmbərin tərcümeyi-halları və onların əsas dini, fəlsəfi ehkamlarından bəhs edilir. Kitab din və fəlsəfə tarixi ilə maraqlananlar üçün əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.