ELM VƏ TƏHSİL


Muzeyə müxtəlif adda kitablar hədiyyə edilib

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərinin toplanması, qorunması və gələcək nəslə ötürülməsi məqsədilə “Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla” layihəsini həyata keçirir.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində bu müəssisəyə müxtəlif adda kitablar hədiyyə edilib. Belə ki, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə tərəfindən “Azərbaycan kinematoqrafçıları (5 buraxılış)”, “Kinokamera gəzdirən adam”, “Üzeyir Hacıbəyli və kino” adlı nəşrlər, həmçinin muğamşünas Vaqif Əliyevin “Maştağanın muğam dünyası”, “Musiqi poetik mənbələrdə” və s. kitablar muzeyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.