REGİONLAR


“Muzeyi peşəkardan öyrənək” layihəsi Sumqayıtın Tarixi muzeyində

Sumqayıt, 30 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıtın Tarixi Muzeyində təlim-seminar keçirilib.

Sumqayıtın Tarixi Muzeyinin direktoru Aygün Zülfuqarlı AZƏRTAC-a bildirib ki, tədbirdə idarənin əhatə etdiyi Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq muzeyi, Rəsm Qalereyası, Ev muzeyləri və Heydər Əliyev Mərkəzinin rəhbərləri, fond mühafizələri, elmi işçiləri, ümumilikdə, 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak edib.

Tədbirə, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin bir qrup əməkdaşı qatılıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqları salamlayaraq, tədbirin mahiyyəti və əhəmiyyəti haqqında danışıb. Azərbaycanda muzey işinin inkişafı, yeni çağırışlar, bu istiqamətdə ölkə rəhbərliyinin apardığı fəaliyyət və dəstəyi qeyd edən idarə rəisi, muzeylərin respublikamızda zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rolunu vurğulayıb.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nümayəndələri “Muzey sahəsində müasir çağırışlar”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi-55” təqdimatı, “Dünya muzeyləri” mövzuları ilə çıxış ediblər, muzeydə tətbiq edilən KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi haqqında məlumat veriblər.

Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi elmi nəşrləri – kitablar, notlar, bukletlər Sumqayıtın Tarixi Muzeyinə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.