ELM VƏ TƏHSİL
“Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir keçiriləcək
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunan “Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihənin iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının təhsildə göstəriciləri ilə fərqlənən tələbələridir.
Layihənin məqsədi tələbələrin muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və muzeyin yaradıcı gənclərlə (icma ilə) əməkdaşlığını genişləndirməkdir.
İştirakçılar həmin gün muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayacaqlar. Beləliklə, muzeyin ziyarətçiləri yaradıcılıq prosesini əvvəldən sona qədər izləyə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]