ELM VƏ TƏHSİL


Muzeyin əməkdaşı Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü seçilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin sədri Mamuka Gogitidze və sədr müavini Giorgi Bejitaşvili tərəfindən təqdim edilən üzvlük diplomunda S.Əhmədovun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi səylər xüsusi qeyd olunub.

Azərbaycanın hərb tarixi və heraldikasına aid bir sıra nəşrlərin müəllifi olan S.Əhmədov, həmçinin XIX–XX əsrin əvvəllərində milli hərbi hissələrin yaradılmasında azərbaycanlılarla bərabər fəaliyyət göstərmiş digər millətlərin nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi, eləcə də Qafqaz silahlarının tədqiqinə həsr edilən məqalələrin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.