ELM VƏ TƏHSİL


Muzeyin etnoqrafik incisi: körük aləti

Bakı, 15 aprel, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda etnoqrafik irsimizə məxsus zəngin kolleksiya mühafizə olunur.

Muzeydən AZƏRTAC-a bildirilib ki, bu kolleksiyanın tərkibində Azərbaycan xalqının qədim sənətkarlıq mədəniyyəti nümunələri mühüm yer tutur. Onların arasında yaradıcı ustaların əmək alətləri də toplanaraq, tədqiq və təbliğ olunur. Belə əmək alətlərindən biri də mis məmulatların hazırlanmasında istifadə olunan, XX əsrin əvvəlinə aid edilən körük alətidir. Ağac, dəri və metaldan düzəldilən körük hər hansı məmulatı hazırlamaq üçün lazım olan metal kütləsinin əridilməsində, eləcə də köhnə mis məmulatların əridilib yenisinin hazırlanmasında əvəzsiz vasitə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.