ELM VƏ TƏHSİL


Muzeyin fonduna orta əsrlərə aid eksponat daxil edilib

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin fonduna orta əsrlərə aid müdafiə yarağı daxil edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, dəbilqə yarımkürə formasındadır, şiş ucluğu, borusu və burunluğu var. Onun üstü xətlərlə 16 hissəyə bölünüb. Hər hissədə nəbati naxışlar çəkilib. Dəbilqə bütövlükdə qızılla və naxışlarla işlənib.

Eksponat hərb tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.