ELM VƏ TƏHSİL
Muzeylər arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 1 iyul, AZƏRTAC
Moldovanın ölkəmizdəki səfiri George Leuka Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa bu elm müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə ölkələrimizin muzeyləri arasında əlaqələrin inkişafı, gələcəkdə səyyar sərgilərin təşkili, həmçinin elmi müəssisələrin müvafiq sahədə əməkdaşlığının perspektivləri ilə bağlı müzakirələr aparılıb. Vurğulanıb ki, görüş hər iki ölkənin maddi-mədəni irsinin inkişafı, konfrans və seminarların birgə təşkili, elmi tədqiqatların və kadrların təcrübə mübadiləsinin aparılması istiqamətində böyük əhəmiyyət daşıyır.