REGİONLAR


Muzeylər maddi-mənəvi sərvətimizdir

Astara, 18 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 18-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Muzeylər maddi-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Kübra Səmədova Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Gününün bütün dünyada hər il geniş qeyd edildiyini bildirib. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına dəstək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir.

Tədbir iştirakçıları Mərkəzin “Rəssamlıq” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.