ELM VƏ TƏHSİL


“Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqrama start verilib

“Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqrama start verilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-dən 25-dək “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqrama start verilib. Proqram Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir.

Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, proqramın məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, onların Bakıda və regionlarda fəaliyyət göstərən muzeylər, qoruqlar və Heydər Əliyev mərkəzlərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış olmasıdır.

Layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə, həmçinin ilk dəfə olaraq Azərbaycanın regionlarındakı 100 mədəniyyət müəssisəsinə ekskursiyaların təşkil olunması planlaşdırılır.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri tərəfindən hazırlanmış xüsusi proqram əsasında Mərkəzin gənc bələdçiləri və muzey işçiləri ekskursiyalara birgə rəhbərlik edəcəklər. Ekskursiyalara məktəblilərin və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulur.

Qeyd edək ki, ilk dəfə olaraq 2015-ci ildən etibarən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə “Məktəblilər üçün muzey həftəsi” proqramı ənənəvi şəkildə keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Səkkiz il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 110 minə yaxın şagirdin ekskursiyalarda iştirakı təşkil edilib.

Bu il keçiriləcək “Muzeylər və Heydər Əliyev İli” adlı interaktiv proqram 100 mədəniyyət müəssisəsini əhatə etdiyi üçün “Muzey həftəsi”ndə 100min məktəblinin ekskursiyalarda iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.