ELM VƏ TƏHSİL


“Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda IV respublika elmi konfransı təşkil ediləcək

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dekabrın 16-da “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda IV respublika elmi konfransı keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans ADMİU-nun 100, muzeyşünaslıq ixtisası üzrə mütəxəssislərin buraxılışının 25 illiyinə həsr olunur. Konfrans muzey təhsili-nəzəriyyə və təcrübə, Azərbaycanda muzey işinin öyrədilməsinin yeni istiqamətləri və digər məsələlərə həsr olunub.

Konfransda iştirak etmək istəyənlər məruzələrini noyabrın 7-dən gec olmayaraq Azərbaycan, ingilis və rus dillərindən birində A4 formatlı kağızda çap olunmuş, müəlliflər tərəfindən imzalanmış şəkildə bir nüsxədə, surəti elektron daşıyıcıda olmaqla və ya [email protected] e-mail ünvana göndərilməklə Təşkilat komitəsinə təqdim etməlidir.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən və qoyulan tələblərə cavab verməyən məruzələrin qəbul edilməməsi hüququnu özündə saxlayır. Qəbul edilmiş məqalələrin nəşri ödənişlidir. Konfrans materialları toplu halında tədbirin sonunda iştirakçılara təqdim olunacaq.

Konfransda iştirak və məruzənin tərtibi qaydaları ilə ADMİU-nun saytında ətraflı tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.