İQTİSADİYYAT
“My Broker” gömrük təmsilçiliyi “ASAN xidmət” mərkəzlərində yeni xidmətini təqdim edib
Bakı, 23 oktyabr, AZƏRTAC
“My Broker” gömrük təmsilçiliyi “ASAN xidmət” mərkəzlərində yeni xidmətini təqdim edib.
AZƏRTAC xəbər verir ki, artıq qısa idxal bəyannamələrinin tərtib olunması da “ASAN xidmət” mərkəzlərində mümkün olacaq.
Gömrükdən istifadə edən vətəndaşlar və iş adamları qısa idxal bəyannamələrinin tərtib olunması üzrə yükə dair sənədlərin fiziki və elektron şəkildə qəbulu üçün “My Broker” gömrük təmsilçiliyinin Bakı və Sumqayıtdakı “ASAN xidmət” mərkəzlərində yerləşən xidmət pəncərələrinə müraciət edərək qısa idxal bəyannamələrinizin tərtib olunmasını sürətli və asan həyata keçirə bilərlər.
Daha ətraflı məlumatı 108 “ASAN Çağrı mərkəzi”, 465 72 84 şəhər nömrəsi ilə əlaqə saxlayaraq və ya “www.mybroker.az” rəsmi veb səhifəsindən almaq olar.