DÜNYA


Myanma Banqladeşin sərhəddə təhlükəsiz zonalar yaradılması təklifini qəbul etməyib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Myanma hökuməti Banqladeşin Rohingiya müsəlmanlarının təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasındakı sərhəd boyunca təhlükəsizlik zonalarının yaradılması təklifi ilə razılaşmayıb. Bu barədə Myanmar Times qəzeti məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Myanma hökumətin nümayəndəsi U Zo Txai qəzetə verdiyi açıqlamada deyib: “Hökumət təqdim edilən planı qəbul etməyib. Əgər belə bir zona yaradılsa, o, beynəlxalq təşkilatların nəzarətinə keçəcək”.

Banqladeş hökumətinin sərhəddə təhlükəsiz zonaların yaradılması təklifini Myanma tərəfinə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə çatdırdığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.