DÜNYA
Myanma aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb
Bakı, 8 may, AZƏRTAC
Banqladeşin Biman aviakompaniyasına məxsus sərnişin təyyarəsi Myanma aeroportunda qəzaya uğrayıb.
AZƏRTAC Myanmar Times nəşrinə istinadla xəbər verir ki, insident beynəlxalq Yanqon aeroportunda qeydə alınıb. Hazırda hava limanı bağlanıb. Daily Star qəzetinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 33 sərnişin olub.
Qəzaya əlverişsiz hava şəraiti səbəb olduğu bildirilir. Təyyarə eniş zolağından çıxaraq üç hissəyə bölünüb. Hələlik xəsarət alanlar və ya həyatını itirənlər barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]