DÜNYA


Myanmada hərbi kollecə silahlı hücum nəticəsində 15 nəfər öldürülüb

Bakı, 16 avqust, AZƏRTAC

Myanmanın şimalında qiyamçıların hərbi kollecə silahlı hücumu nəticəsində ən azı 15 nəfər öldürülüb. AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, qətlə yetirilənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Qeyd olunur ki, avqustun 16-da qiyamçı Şimal Alyansının silahlı dəstəsi Şan əyalətində yerləşən Pyin Oo Luin rayonundakı hərbi mühəndislər yetişdirən Müdafiə Xidmətləri Texnoloji Akademiyasına hücum edib. Silahlı Qüvvələrin sözçüsü Tun Tun Nyi jurnalistlərə bildirib ki, Naunq Ço qəsəbəsində düşərgəsi olan silahlılar Britaniya müstəmləkəsi dövründə salınmış körpünü və bir turizm məkanını da partladıblar. Goktvin vadisində yerləşən taxta körpü də yandırılıb. O əlavə edib ki, hazırda Şan əyalətinin ərazisindəki rayonlarda döyüşlər davam edir.

Qiyamçıların etnik azlıqlar üçün muxtariyyət tələb etdikləri bildirilir. Onlarla ordu arasında atəşkəs elan edilməsinə baxmayaraq, Şimal Alyansına daxil olan Taanq Milli Azadlıq Ordusu adlanan qrup bu razılaşmanın şərtlərinə əməl etmir. Myanmanın dövlət katibi Aung San Suu Kyinin də vəziyyətə nəzarət edə bilmədiyi qeyd olunur. Belə ki, alyansa daxil olan Rohincanın Arakan ordusu da son günlər xeyli fəallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.