DÜNYA
Myanmada silahlı insident nəticəsində 4500 sakin yaşayış yerlərini tərk edib
Bakı, 9 yanvar, AZƏRTAC
Arakan Rohinca Qurtuluş Ordusu ilə Myanma təhlükəsizlik qüvvələri arasında baş verən silahlı insident nəticəsində 4500 dinc sakin yaşayış yerlərini tərk edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT baş katibinin səlahiyyətli nümayəndəsi Fərhan Haq yanvarın 4-də baş vermiş silahlı qarşıdurmanın bölgədə yenidən sabitliyin pozulmasına səbəb olduğunu deyib.
BMT-nin bölgədə fəaliyyət göstərən müşahidəçi missiyası ölkənin şimal hissəsində vəziyyətin daha ağır olduğunu, insan tələfatının artdığını bildirib. Məlumatda qeyd olunur ki, bölgədə müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılır.
Qeyd edək ki, Myanmada etnik qarşıdurma 2017-ci ildən başlayıb. Bu ölkədən olan müsəlman qaçqınların 720 min nəfəri həmsərhəd Banqladeşdə məskunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]