DÜNYA


Myanmada təyyarə qəzası qurbanlarından 39-nun cəsədi tapılıb

Bakı, 8 iyun, AZƏRTAC

Myanmada hərbçilər və balıqçılar hərbi-nəqliyyat təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 39 nəfərin cəsədini aşkar ediblər. Qəza qurbanları arasında 12 azyaşlı uşağın olduğu bildirilir.

AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, axtarış-xilasetmə əməliyyatlarında Hərbi Dəniz Qüvvələrinin 9 gəmisi, 5 hərbi təyyarə və 3 helikopter iştirak edir. Axtarışlara, həmçinin yerli balıqçılar da qoşulub.

Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan Y-8 tipli dörd mühərrikli hərbi-nəqliyyat təyyarəsi dünən yerli vaxtla günorta saatlarında Andaman dənizi üzərindən keçən zaman radarlardan itib. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları aşkarlanıb.

Təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 35 hərbçi və 73 nəfər mülki şəxs olub. Həmçinin təyyarə 2,4 ton yük daşıyırmış.

Myanma hərbçilərinin məlumatına görə, təyyarə 2016-cı ildə Çin Xalq Respublikasından alınmışdı. Qəza baş verən gün meteoroloji vəziyyət mürəkkəb deyildi: xəfif yağış yağsa da, görmə məsafəsi yetərli idi.

Qəzanın başvermə səbəbləri hələlik məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.