DÜNYA


Myanmada torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb

Bakı, 10 avqust, AZƏRTAC

Myanmada leysan yağışlarından sonra baş vermiş torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, xilasedicilər itkin düşmüş digər insanların axtarışını davam etdirirlər.

Myanma rəsmiləri bildirirlər ki, təbii fəlakətin yaşandığı Mon əyalətinin Ye Pyar Kone qəsəbəsində ən azı 80 nəfər itkin düşüb. Xilasedicilər ekskavatorlarla palçığın altında qalmış insan cəsədlərini çıxarırlar. Buradakı məşhur Çayrtoya (Qızıl dağ) buddist paqodasının da torpağın altında qaldığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.