DÜNYA
Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Bakı, 10 avqust, AZƏRTAC
Myanmada ötən gün baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb, təxminən 30 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Molamyayn şəhərinin Paunq qəsəbəsində baş verib. Sürüşmə nəticəsində onlarla ev palçıq axının altında qalıb. Həmin evlərdə daha çox insanın qaldığı güman olunur. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Axtarış işlərinə ağır texnika cəlb olunub.
Sürüşmə nəticəsində palçıq axını Molamyaynı ölkənin ən iri şəhəri Yanqon ilə birləşdirən magistral avtomobil yolunda hərəkətin dayanmasına səbəb olub.
Myanmada davam edən şiddətli yağışlar bir neçə çayın məcrasından çıxmasına səbəb olub. Mon və Karen ştatlarında 30 min sakin yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]