DÜNYA


Myanmadan narkotik daşıyan dəstədən 208 kiloqram metamfetamin müsadirə edilib

Pekin, 7 dekabr, AZƏRTAC

Çinin Myanma ilə sərhədində yerləşən Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində transsərhəd narkotik maddələrin ticarəti ilə məşğul olan dəstənin 2 üzvü saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Cinxun şəhərində dövlət nömrə nişanı olmayan avtomobildə hərəkət edən dəstə üzvləri yaxalanarkən onlardan 299 bağlamadan ibarət 208 kiloqram metamfetamin maddəsi aşkar edilərək götürülüb.

Polis dəstə üzvlərini yaxalamaq üçün bir neçə ay davam edən təhqiqat aparıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.