DÜNYA


Myanmanın rəhbəri Rusiyada səfərdədir

Bakı, 21 iyun, AZƏRTAC

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaingin Rusiyaya səfəri başlayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Min Aunq Hlayn iyunun 22-24-də Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.

Bildirilir ki, fevralın 1-də hərbçilərin çevrilişi nəticəsində hakimiyyəti əlinə alan general Min Aung Hlaingin səfəri Rusiya müdafiə nazirinin dəvəti əsasında həyata keçirilir. Bu, generalın çevrilişdən sonra ikinci xarici səfəridir. O, aprel ayında ASEAN üzvü olan ölkələrin rəhbərlərinin Cakartada keçirilən Zirvə görüşündə iştirak edib.

Qeyd edək ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aung Hlaingin əlinə keçib. Myanma Prezidenti Vin Min, dövlət müşaviri Aun San Su Kyi, həmçinin digər yüksək vəzifəli məmurlar 2020-ci il noyabrında keçirilmiş seçkiləri saxtalaşdırmaq ittihamı ilə həbs edilib, habelə ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan olunub. Ölkə əhalisi fevralın əvvəlindən başlayaraq hərbi çevriliş əleyhinə aksiyalar keçirir, təhlükəsizlik qüvvələri isə etirazların qarşısını almağa çalışır. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində yüzlərlə insan həlak olub.

Bir neçə gün əvvəl isə BMT Baş Assambleyası Myanmada hakimiyyəti ələ keçirən hərbi rejimə silah satışının məhdudlaşdırılması çağırışının yer aldığı qətnamə qəbul edib. Quruma üzv olan 119 ölkə qətnamənin lehinə, Belarus isə əleyhinə səs verib. Rusiya, Çin və İran da daxil olmaqla, 26 ölkə bitərəf qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.