Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NAMİBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SEM NUYOMAYA

Hörmətli cənab Prezident,

Namibiya Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün Namibiya xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Namibiya əlaqələrinin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Namibiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin