İQTİSADİYYAT
NƏQLİYYATÇILARIMIZ ANNK-IN PARİSDƏ KEÇİRDİYİ DƏYİRMİ MASADAN QAYITMIŞLAR
Tədbirdə respublikamızı təmsil edənlərdən biri – Nəqliyyat Nazirliyi TRASEKA proqramı və Beynəlxalq layihələr bölməsinin müdiri Elmar Fərəcov AZƏRTAC-ın müxbirinə demişdir ki, MDB və Baltikyanı ölkələr arasında təkcə Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri bu tədbirə dəvət olunmuşdular.
Dəyirmi masada çıxış edənlər öz ölkələrində bu istiqamətdə təcrübə mübadiləsi aparılmasının vacibliyini qeyd etmişlər. Avropada vahid nəqliyyat sisteminin formalaşdırılması ilə bağlı müzakirələrdə iştirak edən nəqliyyatçılarımız respublikamızın Nəqliyyat Nazirliyi tərəfindən araşdırılaraq ölkəmizin nəqliyyat-yol kompleksinin vahid dövlət siyasətinin hazırlanması və infrastrukturunun inkişaf etdirilməsi barədə görülən işlər haqqında tədbir iştirakçılarına məlumat vermişlər.