İQTİSADİYYAT


NƏQLİYYAT NAZİRLƏRİ ASTANADA GÖRÜŞƏCƏKLƏR

Nəqliyyat naziri Ziya Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirinin dəvəti ilə Azərbaycan, Türkiyə, Gürcüstan və Çinin nəqliyyat nazirləri iyulun 27-də Astanada toplaşacaqlar. Görüşdə Bakı-Tbilisi-Axalkalaki-Qars yeni dəmir yolunun perspektivləri müzakirə ediləcək, digər beynəlxalq nəqliyyat layihələri barədə məsləhətləşmələr aparılacaqdır. Z.Məmmədovun sözlərinə görə, Çin və Qazaxıstanın Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisinə ciddi maraq göstərməsi layihənin uğurlu olacağını bir daha təsdiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.