İQTİSADİYYAT
NƏQLİYYAT SAHƏSİNDƏ AZƏRBAYCAN-İRAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİLİR
Xəbər verdiyimiz kimi, nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər etmişdir. Səfər zamanı hər iki ölkənin nəqliyyat nazirlərinin görüşü olmuşdur.
Nəqliyyat Nazirliyinin mətbuat ximətindən AZƏRTAC-a bildirmişlər ki, İİR-in nəqliyyat naziri Əhməd Xorrəmi ilə Tehranda keçirilmiş görüşdə Ələt-Astara yolunun yenidən qurulması, maliyyələşdirilməsi və tikintisi, Astara-Astara avtomobil və dəmir yolu körpülərinin inşası, Bakı-Biləsuvar-Naxçıvan avtomobil sərnişin daşımalarının təşkili məsələləri müzakirə edilmişdir. Görüş zamanı hər iki ölkənin nəqliyyat, gömrük xidmətlərinin və sərhəd qoşunlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır. İşçi qrupunun ilk toplantısını fevralın 16-da Azərbaycanın Astara sərhədində keçirilmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:03]
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]