İQTİSADİYYAT


NƏRİMANOV RAYONUNUN MÜƏSSİSƏLƏRİNDƏ YENİ İŞ YERLƏRİ AÇILIR

Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin ötən dövrü ərzində rayonun ərazisində yerləşən iri müəssisələrdə xeyli yeni iş yerləri açılmışdır.

“Baku Steel Company” şirkətində ilin əvvəlindən 192 nəfər işlə təmin olunmuşdur. Müəssisədə armatur istehsalı üçün yeni yayma xətti, metaləridən soba quraşdırılmışdır. Bu istehsal sahəsinin işə salınması nəticəsində 158 nəfər yeni iş yerləri ilə təmin olunacaqdır. İşçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması məqsədilə tərkibində soyunub-geyinmə otağı, yeməkxana olan məişət korpusu istifadəyə verilmişdir.

“Bakı kondisioneri” ASC-də mühərrik istehsalı sahəsinin işinin bərpa edilməsi nəticəsində yeni iş yerləri yaradılmış, həmçinin, mövsümlə əladədar 30 nəfər işə cəlb olunmuşdur. “Səttarxan adına maşınqayırma zavodu” ASC-də on bir adda müasir texnoloji avadanlıq quraşdırılmış, əlavə olaraq, 35 nəfər üçün iş yerləri yaradılmışdır. Bu istiqamətdə “Bakı elektroştamp” ASC-də də xeyli iş görülmüş, 14 nəfər işlə təmin olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.