NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2004-cü ilin yeddi ayı ərzində respublikamızın ərazisində narkotiklərlə bağlı 1347 cinayət faktı qeydə alınmışdır. Onlardan 415-i satışla bağlıdır.

Həmin dövrdə ayrı-ayrı şəxslərdən 131 kiloqram 357 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 6 kiloqramdan çox heroin, 31 kiloqram 410 qram tiryək, 3 kiloqram həşiş, 89 kiloqram 620 qram marixuana, 663 ampula, 11082 həb güclü təsiredicilər, 13,38 qram sirkə anhidridi, 1 kiloqram 312 qram xaşxaş samanı götürülmüşdür. Bundan əlavə, yabanı halda bitmiş və qanunsuz əkilib becərilmiş 253 ton 177 kiloqram narkotik xassəli bitkilər məhv edilmişdir.

Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.

Cari ilin yeddi ayında bu növ cinayətlər törətdiklərinə görə 51 nəfər xarici vətəndaş məsuliyyətə cəlb olunmuşdur. Onlardan 21 kiloqram 365 qram müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Həmin şəxslərdən 37 nəfəri İran, 10-u Gürcüstan, 2-si Rusiya, 1 nəfəri Ukrayna və 1 nəfəri İsrail vətəndaşıdır.

Ötən müddət ərzində həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə etdiklərinə görə 19 nəfərin ölümü qeydə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.