ELM VƏ TƏHSİL
“NAR MOBİLE” TƏHSİL PROQRAMI ÜZRƏ NÖVBƏTİ SEMİNARLAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azerfon MMC (Nar Mobile ticarət nişanı) gənclər üçün “Karyeraya doğru irəli!“ xüsusi təhsil proqramının növbəti seminarlarını keçirmişdir.
Seminarlarda paytaxt və Gəncə ali məktəblərinin tələbələri iştirak etmişlər. Bu dəfə 45 gənc ”İlk iş yerində adaptasiya” və “İş axtarışı” aktual mövzularına həsr olunmuş treninqlərin iştirakçısı olmuşdur. Növbəti məşğələnin Naxçıvan şəhərində keçirilməsi planlaşdırılır.
“Karyeraya doğru irəli” layihəsi çərçivəsində 300-ə yaxın tələbəyə karyeranın qurulması, iş yerinin seçilməsi və peşəkar artım kimi mühüm məsələlərdə yardım etmək planlaşdırılır. “Nar Mobile” korporativ sosial strategiyasına daxil olan proqram çərçivəsində cari ildə hər ay müxtəlif mövzulara həsr olunmuş seminarların keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin müəllif və təşkilatçıları “Nar Mobile” və Azərbaycan Dövlət İqtisad Universitetidir.