DÜNYA


NASA: Asteroidlər qurşağını tədqiq edən “Dawn” stansiyası ilə rabitə kəsilib

Bakı, 2 noyabr, AZƏRTAC

NASA “Dawn” stansiyası ilə rabitənin kəsildiyi barədə məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NASA-nın məlumatında “Dawn” aparatının oktyabrın 31-də və noyabrın 1-də Uzaq Kosmik Rabitələr Şəbəkəsi ilə əlaqə saxlamadığı bildirilir. İdarəetmə qrupu rabitənin olmaması ilə bağlı digər mümkün səbəbləri istisna etdikdən sonra stansiyada hidrazinin – yanacağın qurtardığı qənaətinə gəlib. Məlumatda bildirilir ki, Uçuşları İdarəetmə Mərkəzi ilə əlaqə saxlaması üçün antenaları Yerə yönəlmiş “Dawn” aparatının hazırda öz vəziyyətini qoruyub saxlamaq və akkumulyatorlarının günəş batareyasından doldurulması üçün istiqamətini dəyişmək imkanı yoxdur.

2007-ci il sentyabrın 27-də fəzaya göndərilmiş “Dawn” aparatı asteroidlər qurşağını tədqiq etmək üçün nəzərdə tutulmuşdu. Aparat 2011-ci ilin iyulundan 2012-ci ilin sentyabrınadək nəhəng Vesta asteroidini, sonra isə Serera cırtdan planetini tədqiq edib. Uçuşları İdarəetmə Mərkəzi stansiyanın Sereranın səthinə enməsini planlaşdırmamışdı. Odur ki, növbəti 20, bəlkə də 50 ildə “Dawn” planetin orbitində qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.