ELM VƏ TƏHSİL


NASA "Parker Solar Probe" peykini Günəşə göndərib

Bakı, 13 avqust, AZƏRTAC 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, Florida ştatının “Kanaverel” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

"Parker Solar Probe"nin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.