SİYASƏT
NƏSİMİ BƏLƏDİYYƏSİ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞDİR
Bakı şəhərinin Nəsimi bələdiyyəsi rayon ərazisində məskunlaşan Xocalı qaçqınları ilə görüş keçirmişdir. Tədbirdə 67 nəfər Xocalı sakininə bələdiyyə büdcəsindən maddi yardım göstərilmişdir.
Nəsimi bələdiyyəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin xatirə lövhəsi önündə faciənin ildönümünə həsr olunmuş izdihamlı mitinq keçirilmişdir. Qəhrəmanın atası, Xocalı sakini Sahib Quliyev və həmyerliləri çıxış edərək o dəhşətli faciəni göz yaşlrı icində bir daha xatırlamışlar.
Mərasimdən sonra Xocalı sakinləri üçün ehsan süfrəsi açılmış və faciə qurbanlarının ruhuna dualar oxunmuşdur. Mərasim iştirakçıları Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya baxmışlar.